İş və karyera

İş və karyera

KADR SİYASƏTİ

Müasir və dinamik inkişaf edən şirkət – “RAMCO” QSC keyfiyyətli kadrların seçilməsi, onların düzgün yerləşdirilməsi, işçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi üçün hər cür imkanlar yaradır. Şirkətimizdə kadrların idarə olunması aşağıdakı istiqamətlər əsasında həyata keçirilir.      
                                                                                                       

İnsan Resursları İdarəetməsi

İşçilərin işlə təmin edilməsi İnsan Resursları İdarəetməsi mərhələlərinə əsasən axın sxeminə görə yerinə yetirilir. 

İşlə təmin etmənin başlanğıcı və sonu şəffafdır. Bu ikisinin arasında işçi vəzifə təlimatları, şirkət, xəstəliyə görə işdə olmama, məzuniyyət, təlim və Dövlət Qanunları ilə əlaqədar olan proseslərlə qarşılaşır. İşə müraciət edən şəxslər peşəkarlığına, işgüzar və şəxsi keyfiyyətlərinə, təhsilinə görə seçilir, müvafiq sorğu və qiymətləndirmədən sonra işə qəbul edilir

İnsan Resursları İdarəetməsinin missiyası aşağıdakılardır:

- Şirkət içində istənilən zaman ən yaxşı işçini doğru yerdə işə cəlb etmək;

- Əsas işçilərin, xüsusilə, yüksək idarə heyətinin hazırlanması;

- RAMCO-nun cəlbedici işverən olmasını təmin etmək.

Təlim

Yerli personalın təkmilləşdirilməsinə sərf edilən vaxt  və vəsait gələcək üçün qiymətli xəzinə deməkdir.

Layihələrin icra müddətində yerli işçilərin təliminə, onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.

“Ramco” QSC menecerlərin, mühəndislərin və texniklərin ixtisaslaşmasına böyük əhəmiyyət verir.İnzibati, tikinti və yoxlama personalı yerli və xarici təlimlərdə iştirak edir və yüksək bilik, bacarıq və vərdişlərə yiyələnir.

Karyera İnkişaf Proqramı

Missiya:

• Şirkətin strategiyasını müəyyən etmək və həyata keçirmək üçün yaxın tərəfdaş olmaq;

• Layihələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsini təmin etmək üçün şirkətə yüksək ixtisaslı işçilərin cəlb edilməsi;

• Sağlam, təhlükəsiz və məhsuldar iş mühiti yaratmaqla ən yaxşı işəgötürən imicini yaratmaq;

Məqsədlər:

• Şirkətin strategiyasını dəstəkləmək;

• İşçilərimizin sadiqliyini artırmaq;

• Karyera və peşəkarlığın inkişaf etdirilməsi;

• İşçiləri ədalətli və düzgün şəkildə qiymətləndirmək;

• Texnologiyanın tətbiqini təkmilləşdirmək;

• İşçiləri həvəsləndirmək.

Dəyərlər:

• Dürüstlük, etibarlılıq və humanistlik;

• Komanda işi;

• Düzgün və effektiv ünsiyyət;

• Dəyişikliklərin və innovasiyaların həyata keçirilməsi;

• Keyfiyyət təminatı;

• Müştəri məmnuniyyəti.


Əməkdaşlıq

“Ramco” QSC xidmət göstərdiyi sahə üzrə gənc nəslin yetişdirilməsində maraqlıdır. Bu istiqamətdə reallaşdırılan addımlardan biri Bakı Mühəndislik Universiteti və Xəzər Universiteti ilə əməkdaşlığın qurulması olmuşdur.


Bakı Mühəndislik Universitetində Mühəndislik fakultəsinin IV kurs tələbələri ilə Karyera İnkişafı Proqramı çərçivəsinə aid görüşdən



navigate_before
navigate_next