Haqqımızda
Şirkətimizin əsası 2010-cu ildə qoyulmuşdur. ”RAMCO” QSC – in, başlıca məqsədi, ölkəmizdə və ölkə hüdudlarından kənarda, sənaye və mülki obyektlərin, müxtəlif təyinatlı yolların, tunellərin, hidrotexniki və meliorasiya qurğularının tikintisinin peşəkarcasına həyata keçirilməsidir. Şirkətin hədəfi, idarəetmədə aşağıdakı prinsipləri rəhbər tutaraq, daima təkmilləşmək və tikinti sektorunda Respublikamızın öndə gələn Şirkətlərindən birinə çevrilməkdir.
- Tikintidə müasir təhlükəsizlik standartlarının tətbiqi
- Ətraf mühitin qorunması
- Dünyanın qabaqcıl tikinti texnologiyalarının istehsalatda tətbiqi
- Mühəndis texniki heyətin peşəkarlığının artırılması
- Layihələrin keyfiyyətlə, vaxtında və büdcə çərçivəsində həyata keçirilməsinə nəzarət
Həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda bir çox layihələrə imza atmış şirkətimiz daima innovativ tikinti layihələrini həyata keçirməkdə iddialıdır. Şirkətimizin missiyası əldə edilmiş təcrübənin və professional resursların sistematik inteqrasiyasindan istifadə edərək, istənilən mürəkkəblikdə tikinti işlərinin tam həcimdə yerinə yetirilməsidir. Şirkət tikinti proseslərinin əsas sahələrində dərin praktik təcrübəli mütəxəssislərə malik olmaqla əməkdaşlarının bilik səviyyəsinin və təcrübəsinin daim artırılmasına yüksək önəm verir. İnanırıq ki, fəaliyyətimizdə uzunmüddətli tərəfdaşlıq münasibətləri, etibarlılıq və göstərilən xidmətlərin keyfiyyətinin rəhbər tutulmasi, yeni perspektiv sahələrin inkişafı və daha mürəkkəb layihələrin həyata keçirilməsi istiqamətində Bizə yeni imkanlar yaradacaq.