SƏTƏM
SƏTƏM
SİYASƏTİMİZ:
İşçilərimizin təhlükəsiz və sağlam iş şəraiti ilə təmin edilməsi, istehsalat zədəsi və peşə xəstəliklərinin azaldılması bizim üçün prioritetdir.
Biz işlərimizi icra etdiyimiz yerdə insanlara və ətraf mühitə dəyən zərərin qarşısını alaraq işləməyə çalışırıq.
“RAMCO” QSC olaraq biz məsuliyyətimizi dərk edir və daima risklərin idarə edilməsi prosesini nəzarətdə saxlayırıq.
Bizim SƏTƏM idarəetmə sistemimiz biznes davranışımızın əsasını təşkil edən prinsipləri müəyyən edir.
İşlərin icrasında praktik və təhlükəsiz iş üsullarını tətbiq edirik.
Sağlam idarəetmə sistemimiz , səriştəmiz və əməkdaşlarımıza inamımız uğurumuzun əsas elementidir.
Cəmiyyətdə təhlükəsizlik mədəniyyətinə düzgün yanaşmanın inkişaf etdirilməsini təbliğ edirik.
İşlərimizin keyfiyyətlə icra edilməsi üçün yüksək ixtisaslı və bacarıqlı mühəndis texniki heyətdən ibarət komandamız var.
Layihələrimizin uğuru - özünəməxsus tikinti, təmir, quraşdırma sistemi üzrə idarəetməmizin möhkəm təməlinə əsaslanır.
MƏQSƏDİMİZ:
- Sağlamlığın və ətraf mühitin qorunması, əməyin təhlükəsizliyi və yüksək keyfiyyətli təmir-tikinti işlərinin həyata keçirməsi;
- Kefiyyətə nəzarət sistemi və qabaqcıl idarəetmə üsullarını tətbiq etməklə sifarişçi və digər maraqlı tərəflər ilə əlaqə quraraq işlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi;
- Yeni texnologiyanın nailiyyətlərindən istifadə etməklə təlim və ixtisasartırma üçün əyani proqramları həyata keçirmək;
- Əməliyyatlarımızda sıfır zərər prinsipinə əməl etməklə RAMCO – nun sıfır təhlükəsizlik təhdidi, sıfır ekoloji insident və sıfır qeyri-məhsuldar vaxta nail olmaq üçün çalışmaq;
- Dəqiq mühəndislik hesabları, resursların planlaşdırılması və bacarıqlı idarəetmə kimi ortaq amilləri birləşdirərək işləməyə üstünlük vermək.
QƏZA VƏ HADİSƏLƏRƏ YOL VERMƏDƏN İŞLƏNƏN TƏHLÜKƏSİZ İŞ SAATLARI
Siyəzən rayonunda Su təchizatının və Çirkab Su Sisteminin tikintisi – 844 gün ərzində 5908 təhlükəsiz iş saatı
Şabran rayonunda Su təchizatının və Çirkab Su Sisteminin tikintisi – 632 gün ərzində 4424 təhlükəsiz iş saatı
Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzinin tikintisi - 738 gün ərzində 5166 təhlükəsiz iş saatı
"Ağdam Atçılıq Təsərrüfatı" MMC üçün Ağcabədi rayonunda yeni atçılıq kompleksinin tikintisi – 984 gün ərzində 6888 təhlükəsiz iş saatı
E-60 magistral yolunun KM95-KM114, II mərhələsinin Ruisi-Agara-Agara dolama hissəsi boyunca kənd yollarının bərpası – 492 gün ərzində 3444 təhlükəsiz iş saatı
Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin əsaslı təmiri və yardımçı binaların tikintisi – 699 gün ərzində 4893 təhlükəsiz iş saatı
Fillokseraya davamlı calaq-üzüm əkin materialların istehsalı üçün calaq kompleksinin tikintisi – 728 gün ərzində 5096 təhlükəsiz iş saatı
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasında Toxum emalı sexinin inzibati və yardımçı binaların tikintisi – 633 gün ərzində 4431 təhlükəsiz iş saatı
Əkinçilik ETİ-nun Tərtər Bölgə Təcrübə Stansiyasında Toxum emalı sexinin və yardımçı binaların tikintisi və əsaslı təmiri – 702 gün ərzində 4914 təhlükəsiz iş saatı
Salyan rayonunda Mini Pambıq emalı sexinin tikintisi - 711 gün ərzində 4977 təhlükəsiz iş saatı
“Qarabağ” və “Xarıbülbül” hotellərinin əsaslı təmiri işlərinin satın alınması - 115 gün ərzində 805 təhlükəsiz iş saatı
Şuşa şəhərindəki "Xarıbülbül" hotelinin 3 (üç) ədəd Qonaq evinin yenidən qurulması və avadanlıqla təchizatı - 138 gün ərzində 966 təhlükəsiz iş saatı