ÇİLLER VƏ SU SOYUTMA SİSTEMLƏRİ

ÇİLLER VƏ SU SOYUTMA SİSTEMLƏRİ

Çiller– fankoyl sistemləri

Çiller – fankoyl sistemləri (chiller-fancoil) bütün kondisionerləşdirmə sistemlərindən daxili və xarici blokları arasında freonun deyil, suyun (və ya donmayan mayenin) sirkulyasiya etməsi ilə fərqlənir. Suyu, mayenin soyudulması üçün nəzərdə tutulmuş çiller – soyuducu maşın soyudur. Çiller - buxarlandırıcısından soyudulan havanın deyil, suyun keçdiyi adi freon kondisionerdir. Bu su nasos stansiyasının köməkliyi ilə istilik izolyasiya edən boru kəmərləri sistemi ilə fankoyllara daxil olur. Fankoyllar kondisiyalaşdırılmış otaqlarda quraşdırılır və split-sistemlərin daxili bloklarının oynadığı rolu yerinə yetirilər. Çiller – fankoyl sistemləri ənənəvi multsplit və ya multizonal sistemlərlə müqayisədə bir sıra üstünlüklərə malikdir:

Sistemin növü

Çiller-fankoyl sistemləri

Tətbiq olunduğu sahə

İnzibati və ofis binaları, mehmanxanalar, ticarət kompleksləri.

Ventilyasiya imkanı

 

Qiyməti

Orta – 90 - 250 $/m².

Enerji sərfiyyatı 

Orta – təqribən 60 Vt/m²

Yerinə yetirilməsinin xüsusiyyətləri  

Avadanlıq müxtəlif istehsalçılar tərəfindən təchiz edilir. Çoxlu sayda əlavə avadanlıqlar – nasoslar, istilik mübadilə edənlər, akkumulyator bakları, bağlayıcı və tənzimləyici ventillər. Layihələndirmə yüksək ixtisaslı mütəxəssislər tərəfindən yerinə yetirilir. Quraşdırma işləri yüksək ağırlıqla xarakterizə edilir və çoxlu vaxt tələb edir. Çillerin, kondensatorun və hidromodulun quraşdırılması üçün yer lazımdır.

İstismar xüsusiyyətləri

Xidmətçi personal zəruridir. İş rejimi həm mərkəzləşdirilmiş qaydada, həm də fərdi olaraq müəyyən edilir.



navigate_before
navigate_next